Daxili xəstəliklər

Endokrinologiya və diyetologiya

Şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri və hormonal pozğunluqların müayinə və müalicəsi klinikada həftə içi hər gün aparılır. Qidalanma planı lazım olduqda diyetoloq-nutrisioloq müalicəyə qoşulur.

Nə vaxt müraciət etməli

  • Daimi yorğunluq və halsızlıq
  • Səbəbsiz çəki artımı və ya itkisi
  • Çox su içmə və tez-tez sidiyə getmə
  • Boyunda şişkinlik
  • Aybaşı pozğunluğu və artıq tüklənmə
  • Ayaqlarda keyimə və sağalmayan yara

Müayinə və müalicələr

  • Şəkərli diabetin müayinə və müalicəsi
  • Diabetik polineyropatiya və diabetik pəncə
  • Hipotireoz, düyünlü ur, Haşimoto tireoiditi, diffuz toksik ur
  • Qalxanabənzər ətraf vəz, hipofiz və böyrəküstü vəz xəstəlikləri
  • Hiperprolaktinemiya, yumurtalıqların polikistoz sindromu, endokrin sonsuzluq
  • Piylənmə və çəki nəzarəti
  • Xroniki xəstəliklərdə fərdi qidalanma planı
  • Hamiləlik və südvermə dövründə qidalanma

Qəbul necə keçir

Qəbula son analizləri (qan şəkəri, HbA1c, tiroid hormonları) və qəbul etdiyiniz dərmanların siyahısını gətirin. Həkim müayinədən sonra çatışmayan analizləri və ehtiyac olduqda tiroid USM-ni təyin edir.

Bu şöbədə kim qəbul edir?

Tez-tez verilən suallar

TSH analizi hamiləlik planında niyə vacibdir?

Tiroid hormonlarının pozulması yorğunluq, halsızlıq və çəki dəyişikliklərinə səbəb ola bilər; TSH səviyyəsinin düzgün tənzimlənməsi hamiləliyin planlaşdırılmasında mühüm rol oynayır.

Haşimoto xəstəliyi nədir?

Haşimoto tireoiditi immun sistemin qalxanabənzər vəzə qarşı yönəldiyi xroniki iltihabdır və zamanla vəzin funksiyasının azalmasına səbəb ola bilər. Diaqnoz hormon və antitel analizləri, eləcə də USM ilə qoyulur.

Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla