Bələdçi

Xəstə bələdçisi

Klinikaya ilk dəfə gələnlər üçün qısa yol xəritəsi: yazılmaq, hazırlaşmaq, nəticəni almaq.

Qəbula necə yazılmaq olar

  1. E-qəbul və ya zəng
  2. Qeydiyyat vaxtı təsdiqləyir
  3. Sənədlərlə gəlirsiniz
  4. Müayinə və nəticə

Saytdakı E-qəbul düyməsi şöbəni, günü və əlaqə məlumatınızı soruşur, sonra hazır mesajı WhatsApp-da klinikaya göndərir. İstəsəniz, birbaşa zəng də edə bilərsiniz. Hansı həkimə getməli olduğunuzu bilmirsinizsə, şikayətinizi yazın: qeydiyyat uyğun mütəxəssisi təklif edəcək.

Müayinəyə hazırlıq

Ümumi qaydalar. Müayinənin növündən asılı olaraq hazırlıq fərqlənə bilər: dəqiq təlimatı yazılarkən alırsınız.

MRT

  • Metal əşyaları (açar, saat, sancaq, kart) kənara qoyun
  • Kardiostimulyator, implant və ya qəlpə barədə əvvəlcədən xəbər verin
  • Əvvəlki təsvirlərin diskini gətirin

KT və rentgen

  • Hamiləlik və ya ehtimalı barədə həkimə bildirin
  • Müayinə sahəsindəki zinət əşyalarını çıxarın
  • Kontrastlı müayinə təyin olunubsa, hazırlığı qeydiyyatdan öyrənin

USM

  • Qarın boşluğu: ac qarına
  • Kiçik çanaq (qarın üzərindən): dolu sidik kisəsi ilə
  • Tiroid, süd vəzi, oynaq: hazırlıq tələb olunmur

Analizlər

  • Şəkər və biokimyəvi analizlər: səhər ac qarına
  • Qəbul etdiyiniz dərmanları qeyd edin
  • NIPT üçün aclıq lazım deyil

Qonaq həkim günləri

Dəvət olunan mütəxəssis adətən bir gün qəbul edir və yerlər əvvəlcədən dolur. Qəbuldan əvvəl lazım olan analiz və müayinələri həmin günə qədər klinikada etdirmək olar: beləcə həkim nəticələrlə birlikdə baxış keçirir.

Elan olunmuş günlərə bax

Özünüzlə nə gətirməli

  • Şəxsiyyət vəsiqəsi
  • Əvvəlki analizlər və epikrizlər
  • MRT, KT, rentgen təsvirlərinin diski
  • Qəbul etdiyiniz dərmanların siyahısı
  • Uşaq üçün: peyvənd kartı
  • Hamilələr üçün: mübadilə kartı
Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla