Daxili xəstəliklər

Pulmonologiya və allerqologiya

Bronxial astma, bronxit, pnevmoniya və digər ağciyər xəstəliklərinin müayinə və müalicəsini klinikada pulmonoloq hər gün aparır. Allergiyanın səbəbini müəyyənləşdirmək üçün allerqoloqlar elan olunan günlərdə qəbul edir və dəri prik testləri aparır.

Nə vaxt müraciət etməli

  • Üç həftədən çox çəkən öskürək
  • Təngnəfəslik, xırıltılı nəfəs
  • Mövsümi burun axması və asqırma
  • Dəridə səpgi, qaşınma
  • Qida və ya dərmandan sonra reaksiya

Müayinə və müalicələr

  • Bronxial astma
  • Kəskin və xroniki bronxit, bronxiolit
  • Pnevmoniya
  • Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), emfizema
  • Plevrit, sarkoidoz, bronxoektaziya
  • Allergik rinit və allergik bronxit
  • Ekzema, atopik dermatit, övrə
  • Qida və dərman allergiyaları
  • Allergik prik dəri testləri
  • İmmunoterapiya

Qəbul necə keçir

Qəbula əvvəlki rentgen və ya KT nəticələrini gətirin. Antihistamin dərmanlar prik testinin nəticəsini dəyişə bildiyi üçün onların qəbulunu allerqoloqla əvvəlcədən dəqiqləşdirin.

Bu şöbədə kim qəbul edir?

Tez-tez verilən suallar

Prik testi necə aparılır?

Dərinin səthinə allergen damcıları qoyulur və dəri yüngülcə cızılır; 15–20 dəqiqə sonra yaranan reaksiyaya görə hansı allergenə həssaslıq olduğu qiymətləndirilir.

Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla