Gizli diabet (prediabet): ilkin əlamətləri və şəkərin rolu
Tez-tez susuzluq, yorğunluq, aclığa dözümsüzlük və çəki artımı gizli diabetin əlaməti ola bilər; vaxtında analiz riskləri nəzarətə almağa kömək edir.
Gizli diabet (prediabet) illərlə heç bir ciddi əlamət vermədən orqanizmi zədələyə bilər. Vaxtında aşkarlanmadıqda II tip şəkərli diabetə, ürək-damar və böyrək xəstəliklərinə yol aça bilər.
Gizli diabetin ilkin əlamətləri hansılardır?
Prediabet diaqnozu aclıq və yeməkdən sonrakı qan analizlərinə əsasən qoyulsa da, xəstəni narahat edən ilkin əlamətlər də olur. Adətən tez-tez aclıq hissi, tez yemək, aclığa dözümsüzlük müşahidə edilir. Digər əlamətlər:
- Bədən çəkisinin artması, piylənmə
- Gün ərzində tez-tez susuzluq, ağız quruluğu
- Gecə və gündüz tez-tez sidiyə çıxma
- Zəiflik, yorğunluq, enerjisizlik
- Yüksək qan təzyiqi və artan xolesterin
- Diqqəti cəmləməkdə çətinlik, qəfil əsəbilik
- Bulanıq görmə
- Yuxu problemləri
- Dərinin qaralması və rənginin dəyişməsi
- Başda, boyunda və kürək nahiyəsində tərləmə
Bu əlamətləri “normal yorğunluq” kimi qəbul etməyin. Vaxtında analiz verməklə riskləri nəzarət altına almaq mümkündür.
Şəkərin həddindən artıq qəbulu nəyə səbəb olur?
Şəkərin həddindən artıq qəbulu orqanizmə həm qısa, həm də uzun müddətdə mənfi təsir göstərir. O, sürətli enerji versə də, tezliklə yorğunluq və halsızlıq yaradır, çünki qan şəkərinin səviyyəsi sürətlə qalxıb-enir. Həddindən artıq şəkər istifadəsi artıq çəki, insulin müqaviməti, diabet və ürək-damar problemləri riskini artırır. Şəkəri azaltmaqla həm sağlamlığınızı qoruyur, həm də enerjinizi daha balanslı saxlayırsınız.