Yayda uşaqlarda ishal: səbəbləri və ilk görüləcək iş
İshal zamanı ilk iş maye itkisini əvəz etməkdir; körpədə gündə 5–6 bez dəyişdirilirsə, dərhal həkimə müraciət edilməlidir.
Yay aylarında uşaqlarda ishalın ən çox görülən səbəbləri açıq havada keçirilən vaxtın artması, hovuzlardan istifadə, gigiyenaya diqqət yetirilməməsi və bakteriyaların daha sürətli çoxalmasıdır. Bu dövrdə uşaqlar tez-tez mədə-bağırsaq infeksiyalarına tutulurlar.
İnfeksiyaya səbəb olan viruslar isti havada çoxaldığından qida və su ilə asanlıqla ötürülə bilir. İshal ən çox 0–5 yaş qrupundakı uşaqlara təsir edir.
İshal zamanı ilk növbədə nə etmək lazımdır?
Körpələrdə və uşaqlarda orqanizmin susuzlaşmasının qarşısı alınmazsa, ciddi nəticələr yarana bilər. Səbəbi nə olursa olsun, ediləcək ilk iş maye itkisini əvəz etmək olmalıdır.
Hansı halda dərhal həkimə müraciət edilməlidir?
Körpədə ishal səbəbindən gündə 5–6 uşaq bezi dəyişdirilirsə, dərhal həkimə müraciət edilməlidir.
Bağırsaq hərəkətlərinə təsir edərək ishalı dayandıran dərmanlar uşaqlarda heç vaxt həkimə müraciət etmədən istifadə edilməməlidir.