Uşaq sağlamlığı

Uşaqlarda iştahsızlıq: nə vaxt normaldır, nə vaxt həkimə?

Dişçıxarma və ya infeksiya zamanı iştahsızlıq keçicidir; 3 həftədən uzun davam edirsə və uşaq çəki itirirsə, pediatra müraciət etmək lazımdır.

İştahsızlıq uşaqlar arasında tez-tez rast gəlinən və valideynləri ən çox narahat edən vəziyyətdir. Uşaqlarda iştahsızlıq fizioloji (normal hesab edilən) və patoloji (hər hansı xəstəliyə bağlı) ola bilər.

Hansı iştahsızlıq normal sayılır?

  • Dişçıxarma dövründə görülən keçici iştahsızlıq.
  • 1 yaşdan sonra böyümə sürəti azaldığı üçün qida tələbatı da azalır və uşağın iştahı əvvəlkindən aşağı olur.
  • Əlavə qidaya keçid dövründə yeni dadlara uyğunlaşma ilə bağlı keçici iştahsızlıq.

Hansı xəstəliklər iştahsızlığa səbəb olur?

  • Virus infeksiyaları
  • Sidik yolu infeksiyaları
  • Orta qulaq, burun və boğaz infeksiyaları
  • Virus hepatitləri
  • Bağırsaq infeksiyaları
  • Yuxarı və aşağı tənəffüs yolu infeksiyaları

Bu xəstəliklər zamanı uşaqlarda iştahsızlıq 1–2 həftəyə qədər davam edə bilər.

Nə vaxt mütləq pediatra müraciət etmək lazımdır?

İştahsızlıq 3 həftədən uzun davam edirsə və uşaq çəki itirirsə, bir sıra xroniki xəstəliklər istisna olunmalıdır:

  • Vərəm
  • Mədə-bağırsaq xəstəlikləri (reflüks xəstəliyi, qastritlər, bağırsağın bəzi anadangəlmə xroniki xəstəlikləri)
  • Qurd və digər parazitar xəstəliklər
  • Anemiya (qanazlığı) və qan xəstəlikləri
  • Onkoloji xəstəliklər
  • Qaraciyər, ürək və xroniki böyrək xəstəlikləri

Övladınızda uzun müddət davam edən iştahsızlıq və çəki azlığı varsa, səbəbini müəyyənləşdirmək və əsasında duran xəstəliyin vaxtında diaqnostikası üçün pediatra müraciət etmək lazımdır.

İstanbul Genetics Klinika

Yazı klinikanın həkimlərinin Instagram paylaşımı əsasında hazırlanıb və redaktə olunub. Mətn maarifləndirici xarakter daşıyır.

Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla