Ümumi sağlamlıq

Qrip, soyuqdəymə yoxsa allergiya: necə ayırd etməli?

Qrip qəfil başlayır və hərarətlə müşayiət olunur, allergiya isə uzunmüddətli burun tutulması, qaşınma və göz sulanması ilə seçilir.

Payızda tez-tez rast gəlinən burun axıntısı, asqırma, öskürək və halsızlıq hər zaman qripin əlaməti olmaya bilər, bəzən bu simptomlar allergiyanın da göstəricisi olur.

Qripi allergiyadan necə ayırmaq olar?

Qrip adətən qəfil başlayır, hərarət və əzələ ağrıları ilə müşayiət olunur. Allergiya isə daha çox uzunmüddətli burun tutulması, qaşınma və göz sulanması ilə seçilir. Payız mövsümündə bu iki halı ayırd etmək və düzgün müalicə tətbiq etmək sağlamlıq üçün vacibdir.

Qrip və soyuqdəymə necə yoluxur?

İnfeksiya xəstələrin burun və boğaz ifrazatının damcılarla yayılması nəticəsində insandan insana ötürülür. Yoluxucu xəstəliklərin artmasına səbəb olan əsas amillər bunlardır:

  • Gigiyena qaydalarına əməl etməmək (əllərin kifayət qədər yuyulmaması, xəstənin əşyaları ilə təmas, uşaq bağçalarında oyuncaqların təmizlənməməsi)
  • Xəstə insanlarla sıx təmasda olmaq
  • Siqaret çəkmək və ya siqaret çəkilən mühitdə olmaq
  • Yuxusuzluq
  • Zəif immunitet
  • Qapalı və pis havalandırılan mühitlər, ictimai nəqliyyat
  • Uşaq bağçaları və məktəb kimi uşaqların sıx olduğu yerlər

Soyuqdəymənin əsas əlamətləri hansılardır?

  • Qızdırma
  • Boğaz ağrısı, boğazda yanma
  • Burun axması, burun tutulması
  • Asqırma
  • Quru öskürək
  • Gözlərdə sulanma və yanma hissi
  • Qulaqlarda dolğunluq
  • Baş ağrısı
  • Zəiflik və yorğunluq
İstanbul Genetics Klinika

Yazı klinikanın həkimlərinin Instagram paylaşımı əsasında hazırlanıb və redaktə olunub. Mətn maarifləndirici xarakter daşıyır.

Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla