Sinir sistemi

Karpal tunel sindromu: əllərdə keyimənin səbəbi

Karpal tunel sindromu əl biləyindən keçən sinirin sıxılmasıdır; əllərdə keyimə, iynə batması hissi və zamanla gücsüzlüklə özünü göstərir.

Karpal tunel sindromu əllərdə keyimənin əsas səbəblərindən biridir. Sindrom əl biləyindən keçən sinirin təzyiq altında qalması nəticəsində yaranır.

Karpal tunel sindromunun əlamətləri hansılardır?

Sıxılan sinir əlin hansı barmaqlarına gedirsə, ağrı da həmin barmaqlarda hiss olunur. Ağrılar baş barmaqdan dördüncü barmağa qədər yayıla bilər. İlkin əlamətlər bunlardır:

  • Əlin keyiməsi (uyuşması)
  • İynə batması hissi
  • Bəzən isə, əksinə, hissiyyatsızlıq

Bəzən bu narahatlıq insanı yuxudan oyadacaq dərəcədə güclənir. Zaman keçdikcə əldə hissiyyat itir, əşyaları tutma qabiliyyəti zəifləyir, gücsüzlük yaranır.

Karpal tunel sindromu kimlərdə daha çox rast gəlinir?

Bu sindrom hər kəsdə görülə bilər, amma xüsusilə 45–55 yaşlarında meydana çıxır. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir.

Sinirlərin vəziyyəti necə yoxlanılır?

Elektromioqrafiya (EMQ) əzələlərin elektrik aktivliyini ölçən müayinədir. O, əzələ hərəkətlərini idarə edən sinirlərin işini araşdıraraq əzələlərin düzgün işlədiyini və hansı sinirlərin zədələndiyini müəyyən etməyə kömək edir. EMQ mononevrit və polinevrit kimi sinir xəstəliklərində, neyropatik ağrılarda tətbiq oluna bilər.

Belə əlamətlər sizdə də varsa, həkimə müraciət edə bilərsiniz.

İstanbul Genetics Klinika

Yazı klinikanın həkimlərinin Instagram paylaşımı əsasında hazırlanıb və redaktə olunub. Mətn maarifləndirici xarakter daşıyır.

Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla