Qadın sağlamlığı

Hamiləlikdə qanaxma: nə vaxt təhlükəlidir?

Qanaxma güclü, parlaq qırmızı və ya laxtalıdırsa, ağrı və başgicəllənmə ilə müşayiət olunursa, dərhal həkimə müraciət etmək lazımdır.

Hamiləlikdə qanaxmalar hər zaman eyni dərəcədə təhlükəli olmasa da, bəzi hallarda ciddi risklərin göstəricisi ola bilər.

Erkən dövrdə qanaxma nəyin əlaməti ola bilər?

Xüsusilə erkən dövrlərdə güclü və ya davamlı qanaxma şiddətli qarın və bel ağrısı ilə müşayiət olunarsa, düşük və ya uşaqlıqdankənar (ektopik) hamiləlik ehtimalını göstərə bilər.

Düşük hamiləliyin ilk 20 həftəsində gözlənilməz səbəblər nəticəsində hamiləliyin vaxtından əvvəl dayanmasıdır və ən çox ilk trimestrdə baş verir. Düşük olması ananın səhv bir şey etdiyini ifadə etmir. O, adətən ananın nəzarətində olmayan səbəblərdən baş verir: dölün xromosom quruluşundakı fərqlər üzündən onun böyüməsi dayanır. Bu hal bir neçə hamiləlikdə təkrarlanırsa, analiz verərək səbəbini öyrənmək lazımdır.

Hamiləliyin gec dövründə qanaxma niyə təhlükəlidir?

Hamiləliyin irəliləmiş mərhələlərində baş verən qanaxmalar ciftin vaxtından əvvəl ayrılması və ya ciftin uşaqlıq ağzını örtməsi (plasenta previa) kimi ana və döl üçün həyati təhlükə yaradan vəziyyətlərlə əlaqəli ola bilər.

Nə vaxt dərhal həkimə müraciət etmək lazımdır?

Qanaxma parlaq qırmızı rəngdədirsə, miqdarı çoxdursa, laxtalıdırsa və ya başgicəllənmə, halsızlıq kimi ümumi əlamətlərlə birlikdədirsə, dərhal həkimə müraciət etmək vacibdir.

İstanbul Genetics Klinika

Yazı klinikanın həkimlərinin Instagram paylaşımı əsasında hazırlanıb və redaktə olunub. Mətn maarifləndirici xarakter daşıyır.

Əlaqə

Sualınız var? Zəng edin və ya yazın.

+994 50 885 70 07

Təcili müraciət
Gecə-gündüz, bayram günlərində də
Planlı qəbul
Həkimin qrafikinə görə, əvvəlcədən yazılmaqla