Ürək xəstəliyinin gizli əlamətləri və Holter müayinəsi
Ürək xəstəliyi təkcə sinə ağrısı ilə deyil, yorğunluq, təngnəfəslik və şişkinliklə də bilinir; Holter ritm pozğunluqlarını 24–48 saat qeydə alır.
Ürək xəstəlikləri bir çox əlamətlə özünü büruzə verə bilər. Biz əsasən sol sinə, qol, kürək ağrısı olanda ürək xəstəliyindən şübhələnirik. Lakin nəzərə almadığımız elə əlamətlər var ki, onlar da ürək xəstəliyinin varlığından xəbər verə bilər.
Ürək xəstəliyindən xəbər verə bilən əlamətlər hansılardır?
- Yorğunluq
- Baş gicəllənməsi
- Təngnəfəslik
- Ürəkbulanma, iştahsızlıq
- Ağrı
- Tərləmə
- Ayaqlarda şişkinlik
- Göz qapaqlarının şişkinliyi
Ürək nahiyəsində ağrı həmişə ürəkdən qaynaqlanırmı?
Ürək nahiyəsindəki ağrı və sancı ürək-damar problemləri ilə yanaşı onurğa, mədə və ağciyər problemlərindən də qaynaqlana bilər. Ürəkdən gələn ağrı zamanı aşağıdakı əlamətlər də müşahidə oluna bilər:
- Ürək ritminin kəskin azalması və ya artması
- Soyuq tər
- Dodaqların və bənizin ağarması
- Bayılma hissi
Belə əlamətlər sizdə də varsa, tez bir zamanda kardioloq qəbulundan keçməyiniz tövsiyə edilir.
Holter müayinəsi nədir?
Holter müayinəsi ürəyin 24–48 saat ərzində fasiləsiz EKQ qeydiyyatıdır. Adi EKQ qısamüddətli olduğu üçün aralıq ritm pozğunluqlarını aşkar etməyə bilər, Holter isə gündəlik aktivlik və yuxu zamanı yaranan aritmiyaların qeydə alınmasına imkan verir.